Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb
Yeni mövsümə Türkiyədə hazırlaşan “Qəbələ” klubu heyətinə daha bir futbolçu qatıb.

“Qəbələ” dördüncü transferini reallaşdırıb. İsrailli yarımmüdafiəçi Feras Abu-Akal 2022-2023-cü il mövsümündən komandanın formasını geyinəcək.

İyirmi beş yaşlı legionerlə 1+1 illik müqavilə imzalanıb. O, 6 nömrəli forma altında çıxış edəcək.

Futbolçu peşəkar karyerasına “Hapoel İroni”də başlayıb. O, 2019-cu ilin yayında “Aşdod”a keçib. Son üç mövsümdə bu komandada çıxış edən yarımmüdafiəçi İsrail çempionatının yüksək liqasında 82 oyunda şans qazanıb.

Xatırladaq ki, “Qəbələ” bunadək İlkin Qırtımov, Səlahət Ağayev və Felipe Santosu heyətinə qatıb.

Xəbər 317 dəfə oxundu.