Türkiyə millisinin futbolçusu Zeki Çelik “Roma” ilə dördillik müqavilə imzalayıb
Türkiyə millisinin futbolçusu Zeki Çelik “Lill” klubundan “Roma”ya transfer olunub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İyirmi beş yaşlı müdafiəçi ilə dördillik müqavilə imzalanıb. Futbolçu İtaliya A seriyası təmsilçisində 19 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Çelik 2018-ci ildən Fransa klubunda oynayırdı. O, bu müddət ərzində 150 matça çıxıb və ötən il komandası ilə Fransa çempionluğunu qazanıb. Futbolçu Türkiyə millisinin heyətində 32 görüşdə meydanda olub.

Xəbər 351 dəfə oxundu.