“Səbail” klubu “Kəpəz” və “Sabah” ilə yoxlama oyunları keçirəcək
Yeni mövsümə hazırlığı davam etdirən “Səbail” Bakıda iki yoxlama oyunu keçirəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bakı təmsilçisi Gürcüstandakı təlim-məşq toplanışından əvvəl “Kəpəz” və “Sabah”la qarşılaşacaq.

“Səbail” klubu “Kəpəz”lə iyulun 10-da Bakı Olimpiya Stadionunda, “Sabah”la isə dörd gün sonra “Bank Respublika Arena”da üz-üzə gələcək.

Xəbər 232 dəfə oxundu.