Media nümayəndələri VAR mərkəzində yaradılan şəraitlə tanış olublar
İyulun 5-də Bakı Olimpiya Stadionunda yerləşən VAR mərkəzində media nümayəndələri üçün seminar keçirilib.

VAR layihə rəhbəri Elxan Səmədov sistemin özəllikləri barədə danışıb, bu sistemin ölkəmizdə istifadəsi baxımından bu günədək görülən işlər barədə məlumat verib.

VAR mərkəzində yaradılan şəraitlə tanış olan media nümayəndələri FIFA referiləri Əliyar Ağayev və Elçin Məsiyevin iştirakı ilə VAR protokoluna əsaslanan iş mexanizmi ilə əyani şəkildə tanış olublar.

FIFA referiləri layihənin tətbiqi ilə bağlı məlumat verib, jurnalistləri maraqlandıran sualları cavablandırılıb.

Xəbər 211 dəfə oxundu.