Azərbaycan karateçiləri Dünya Oyunlarında iştirak edəcəklər
Azərbaycan karateçiləri ABŞ-ın Birmingem şəhərində təşkil ediləcək nüfuzlu Dünya Oyunlarında iştirak edəcəklər.

Federasiyanın prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi heyət milli komandanın baş məşqçiləri Qurban Tağıyev (kumite, kişilər), Denis Morozov (kumite, qadınlar), Vahid Ayvazov (kata), eləcə də bu mötəbər yarışa vəsiqə qazanan Asiman Qurbanlı (+84 kq), İrina Zaretska (68 kq) və Roman Heydərovdan (kata) ibarətdir.

İyulun 7-17-də keçiriləcək Dünya Oyunlarının karate yarışları ayın 8-9-da baş tutacaq. Kişi və qadın karateçilər hər birində 8 idmançı olmaqla 10 çəki dərəcəsi, həmçinin kata çıxışlarında mübarizə aparacaqlar.

Xəbər 243 dəfə oxundu.