“Fuad Cəfərov Memorialı – 2022” şahmat festivalının qalibləri müəyyənləşib
“Fuad Cəfərov Memorialı – 2022” şahmat festivalı keçirilib.

Yarışın open turniri İsveçrə sistemi üzrə keçirilib və 7 turdan ibarət olub. Yekunda 6 xal toplayan Emil Mehrəliyev birinci yeri tutub. Qalibdən əlavə göstəricilərə görə geri qalan Elvin Bayramov ikinci, aktivində 5,5 xalı olan Paşam Əlizadə üçüncü olublar.

Uşaqlar arasında yarışda Kənan Nəcəfli (12 yaş) əsas mükafata layiq görülüb. Sürətli şahmat yarışında Sumqayıt təmsilçisi beynəlxalq usta Murad İbrahimli qələbə qazanıb. Digər kateqoriyada isə Xəzər Babazadə-Tunar Davudov dueti qalib elan olunub.

Qeyd edək ki, məhrum Fuad Cəfərov beynəlxalq dərəcəli hakim və Respublika Şahmat Mərkəzinin ilk direktoru olub. O uzun illər Bakı və ölkə ərazisində keçirilən şahmat yarışlarının əsas təşkilatçısı olmaqla, uşaq şahmatının inkişafında böyük rol oynayıb.

Xəbər 229 dəfə oxundu.