“Qəbələ” klubu bu gün Türkiyədə ilk yoxlama oyununu keçirəcək
Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” futbol klubu bu gün ilk yoxlama oyununu keçirəcək.

Baş məşqçi Elmar Baxşıyevin komandası Türkiyə Super Liqasında çıxış edən “Qaziantep”lə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ" iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə də qarşılaşacaq.

Xəbər 232 dəfə oxundu.