Beynəlxalq qrossmeyster Günay Məmmədzadə Polşada şahmat festivalının qalibi olub
Millimizin şahmatçısı beynəlxalq qrossmeyster Günay Məmmədzadə Polşada ölkənin mərhum prezidenti Lex Kaçinskinin xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat festivalında uğurla çıxış edib.

Dünyanın reytinqli qadın şahmatçılarından olan - Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaga (Rumıniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa və Joanna Majdanın (Polşa) iştirak etdiyi turnirdə şahmatçımız birinci yeri tutub.

Yarış dairəvi sistem üzrə keçirilib.

Xəbər 218 dəfə oxundu.