Vətən müharibəsi şəhidi Ceyhun Nəhmətovun xatirəsinə həsr olunmuş cüdo yarışı keçirilib
Xəzər Rayon Gənclər və İdman İdarəsinin və Mərdəkan Mədəniyyət Sarayının təşkilatçılığı ilə şəhid Ceyhun Nəhmətovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə yarış təşkil olunub.

Yarışda 100-dən artıq cüdoçu iştirak edib.

Gərgin idman mübarizəsi şəraitində yarışda qaliblərə Xəzər Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim edilib.

Həmçinin tədbirdə iştirak edən şəhid Ceyhun Nəhmətovun atası Ehtiqad Nəhmətova turnirdən “Xatirə diplomu” verilib.

Xəbər 337 dəfə oxundu.