AFC ASED liqasının təşkilatçılığı ilə “Selection-2” peşəkar turniri keçirilib
“Uğur” döyüş arenasında “ASED Fighting Championship” (AFC ASED) liqasının təşkilatçılığı ilə MMA üzrə “Selection-2” peşəkar turniri keçirilib.

Turnirdə 17 peşəkar döyüş təşkil olunub.

Turnirdə İran, Türkiyə təmsilçiləri ilə yanaşı, Bakı, Şəmkir, Ağstafa, Qəbələ və digər şəhərlərdən bir çox tanınmış klubların idmançıları güclərini sınayıblar.

Günün əsas döyüşündə - 66 kiloqram çəki dərəcəsində “AFC Contender” çempionu Anar Əzizli iranli idmançı Seyed Ali Haşemini məğlub edib və “Selection” mərhələsinin kəməri uğurunda döyüşməyə vəsiqə qazanıb.

Xəbər 437 dəfə oxundu.