“Barselona” klubu “Milan”ın futbolçusu Frank Kessyeni transfer edib
İspaniyanın “Barselona” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Kataloniya təmsilçisi İtaliyanın “Milan” klubundan Frank Kessyeni transfer edib.

Fil Dişi Sahili yığmasının da üzvü olan yarımmüdafiəçi ilə dördillik müqavilə imzalanıb. İyirmi altı yaşlı oyunçuya 500 milyon avro təzminat qiyməti qoyulub.

“Barselona” Frank Kessyeni iyulun 6-da ictimaiyyətə təqdim edəcək.

Xəbər 341 dəfə oxundu.