“Zirə” futbolçusu Ahmed Ayzaya ilə yollarını ayırıb
Bakının “Zirə” klubunun futbolçusu Ahmed Ayzaya ilə yollarını ayırıb.

27 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Bakı təmsilçisi nigeriyalı oyunçuya gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, Ahmed Ayzaya bu ilin fevralında “Zirə” ilə 1,5 illik sözləşmə imzalamışdı.

Xəbər 264 dəfə oxundu.