“Mançester Siti” klubu ingiltərəli futbolçu Kalvin Fillipsin keçidini açıqlayıb
“Mançester Siti” klubu ingiltərəli futbolçu Kalvin Fillipsin keçidini açıqlayıb.

İngiltərə millisinin üzvü üçün Mançester təmsilçisi “Lids Yunayted”ə 48,7 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə altıillik müqavilə imzalayıb.

“Lids Yunayted”in yetirməsi olan futbolçu komandanın heyətində 233 oyun keçirib, 13 qol vurub və 14 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi “Lids Yunayted”in heyətində Çempionşipin qalibi olub.

İngiltərə millisində 22 oyun keçirilən futbolçu “Avro-2020”nin finalında İtaliya yığmasına qarşı oyunda meydana çıxıb.

Xəbər 244 dəfə oxundu.