Eşli Yanq “Aston Villa” ilə 2022-2023-cü il mövsümünün sonunadək müqavilə imzalayıb | |
İngiltərəli futbolçu Eşli Yanq “Aston Villa” klubu ilə 2022-2023-cü il mövsümünün sonunadək müqavilə imzalayıb. Müdafiəçi ötən mövsüm İngiltərə klubunun heyətində 25 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu ötən ilin yayında “İnter”dən (Milan) “Aston Villa”ya keçib. Qeyd edək ki, futbolçu 2007-2011-ci illərdə də “Aston Villa”da çıxış edib. Sonra futbolçu 18 milyon avro qarşılığında “Mançester Yunayted” klubuna transfer olub. E.Yanq Mançester təmsilçisinin heyətində İngiltərə Premyer və UEFA Avropa liqalarının qalibi adını qazanıb. |
|
Xəbər 368 dəfə oxundu. |
|
|