“Arsenal” klubu “Mançester Siti”nin hücumçusu Qabriel Jezusu heyətinə qatıb
“Arsenal” klubu “Mançester Siti”nin hücumçusu Qabriel Jezusu heyətinə qatıb.

Braziliyalı futbolçu yeni klubu ilə uzunmüddətli müqavilə imzalayıb.

“Arsenal” 25 yaşlı futbolçu üçün 45 milyon funt-sterlinq ödəyəcək, müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunadəkdir.

Futbolçu 2021/2022-ci il mövsümündə “Mançester Siti”nin heyətində 41 matçda 13 qol vurub və 12 məhsuldar ötürmə edib. O, 2016-cı ildən “Mançester Siti”də çıxış edirdi.

Xəbər 245 dəfə oxundu.