Qazaxıstan klubu Azərbaycan millisinin qapıçısı ilə yollarını ayırıb
Qazaxıstanın “Turan” klubu Azərbaycan millisinin qapıçısı Emil Balayevlə yollarını ayırıb.

28 yaşlı qolkiperin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

“Turan” rəhbərliyi E.Balayevə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, qapıçı martın əvvəlində Qazaxıstan təmsilçisi ilə sözləşmə imzalamışdı.

Xəbər 245 dəfə oxundu.