Futbol üzrə Afrika Millətlər Kuboku yarışı 2024-cü ilin yanvarına təxirə salınıb
2023-cü ilin iyun-iyul aylarında Fil Dişi Sahilində keçirilməsi planlaşdırılan futbol üzrə Afrika Millətlər Kuboku yarışı təxirə salınıb.

Bu barədə Afrika Futbol Konfederasiyasının (CAF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, qitə birinciliyi əlverişsiz hava şəraitinə görə 2024-cü ilin yanvar və fevral aylarına təyin edilib.

İyunda Fil Dişi Sahilinin ən böyük şəhəri Abidjanda güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 5 nəfər həlak olub. İyun ənənəvi olaraq ilin ən yağışlı ayı hesab olunur.

Xəbər 238 dəfə oxundu.