Landau şahmat festivalının qalibləri mükafatlandırılıblar
"Landau School"un və "Nine Senses" İncəsənət Mərkəzinin, Gənclər və İdman, Təhsil nazirliklərinin və Azərbaycan Şahmat Federasiyasının birgə dəstəyi ilə keçirilən Landau şahmat festivalında qaliblərin mükafatlandırılma mərasimi keçirilib.

Bağlanış mərasimində çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Landau şahmat festivalının gözəl ənənənin əsasını qoyduğunu bildirib. Qalibləri təbrik edən federasiya rəsmisi turnirdə iştirak edən uşaqlara gələcək şahmat yarışlarında uğurlar arzulayıb.

Nəticələr açıqlandıqdan sonra Mahir Məmmədov, "Landau School"un təsisçisi Emil Leznik, baş icraçı direktoru Timur Leznik, AŞF-nin birinci vitse-prezidenti Faiq Həsənov, federasiyanın məsul şəxsi Elçin Məmmədov, "Nine Senses"in rəhbəri Şeyda Allahverdiyeva və Maxi.az şirkətinin rəsmisi Kamran Əliyev qaliblərə medal, diplom və qiymətli hədiyyələri təqdim ediblər.

Qeyd edək ki, Nurgül Qənbərli, Tunar Qarayev (8 yaşadək qızlar və oğlanlar), Nuray Kazımzadə, Əhməd Hüseynov (10 yaşadək qızlar və oğlanlar), Səadət Bəşirli, Teymur Soltanov (12 yaşadək qızlar və oğlanlar), Ayşə Əliyeva, Mirfərid Salahzadə (14 yaşadək qızlar və oğlanlar) yarışın qalibi adını qazanıblar.

Müxtəlif yaş qruplarında Xədicə Babazadə, Müslim Şirəliyev, Məryəm Baxışova, İbrahim Səmədov, Məryəm Ağaverdiyeva, Murad Rzayev, Banu Əliyeva, Raul Abdullayev ikinci yeri tutublar.

Səbirə Muradlı, Məhəmməd Kazımzadə, Leyla Hümbətli, Ömər Qarayev, Ayan Hüseynli, Nurlan Kobzev, Rüqəyya Zeynalova və Vahid Bəşirli bürünc medala layiq görülüblər.

Sonda bütün iştirakçılara xatirə hədiyyələri verilib.

Xəbər 237 dəfə oxundu.