İddiaçılar turniri: Teymur Rəcəbov macarıstanlı şahmatçı ilə mübarizə aparacaq
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 14-cü turun oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov son turda macarıstanlı Riçard Rapportla mübarizə aparacaq.

Qeyd edək ki, yarışın başa çatmasına 1 tur qalmış 9 xal toplayan Yan Nepomnyaşi (FİDE) iddiaçılar turnirinin qalibi olub. T.Rəcəbov 6,5 xalla 4-cü sırada qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir.

Xəbər 457 dəfə oxundu.