İslam Oyunlarında çıxış edəcək 23 yaşadək futbolçularımız B qrupunda mübarizə aparacaqlar
V İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib.

Millimiz B qrupunda Mərakeş, İran və Səudiyyə Ərəbistanı komandaları ilə mübarizə aparacaq.

V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində avqustun 9-18-də təşkil olunacaq.

Xəbər 298 dəfə oxundu.