Cüdo hakimimiz açıq Avropa turnirinin yarışlarını idarə edib
Daha bir cüdo hakimimiz beynəlxalq turniri idarə edən ədalət təmsilçiləri arasında yer alıb.

Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü Arzu Acalova beynəlxalq yarışda iştirak edib. “B” kateqoriyalı beynəlxalq dərəcəli hakim iyulun 2-3-də Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə keçirilən açıq Avropa turnirində ədalət təmsilçiləri arasında yer alıb.

Xəbər 428 dəfə oxundu.