İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçirilib.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə heç-heçə edib.

Qeyd edək ki, şahmatçımız ötən turların nəticəsinə görə, 6,5 xalla 4-cü sırada qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər 258 dəfə oxundu.