Avropa çempionatı: Basketbol üzrə Azərbaycan millisi bu gün üçüncü yer uğrunda oyuna çıxacaq
Maltada təşkil olunan kiçik ölkələrin Avropa çempionatında basketbol üzrə Azərbaycanın milli komandası bu gün üçüncü yer uğrunda oyuna çıxacaq.

Yığmamız Andorra komandası ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi qrup mərhələsində Andorraya 69:72 hesabı ilə uduzub.

Xatırladaq ki, yığmamız yarımfinalda Malta komandasına 52-59 hesabı ilə məğlub olub.

Xəbər 447 dəfə oxundu.