İddiaçılar turniri: Teymur Rəcəbov ABŞ təmsilçisi ilə mübarizə aparacaq | |
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 13-cü turun oyunları keçiriləcək. Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda ABŞ təmsilçisi Fabiano Karuana ilə mübarizə aparacaq. Qeyd edək ki, şahmatçımız ötən turlarda 6 xal toplayıb. O, bu nəticə ilə 4-cü sırada qərarlaşıb. Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq. |
|
Xəbər 242 dəfə oxundu. |
|
|