Açıq Avropa turniri: İki cüdoçumuz qızıl medal uğrunda mübarizə aparacaq
Rumıniyanın Kluj-Napoka şəhərində cüdo üzrə böyüklər arasında açıq Avropa turniri davam edir.

Yarışın birinci günündə cüdoçularımızdan Nazir Talıbov (60 kq) və Telman Vəliyev (73 kq) qızıl medal uğrunda yarışacaqlar. Rəşad Yelkiyev (60 kq), Tofiq Məmmədov, Elçin Hüseynov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev (73 kq) və Ramilə Əliyeva (48 kq) üçüncü yer uğrunda mübarizə aparacaqlar.

İki gün davam edəcək yarışda Azərbaycanı 14 kişi və 3 qadın cüdoçu təmsil edir. Açıq Avropa turnirində 33 ölkədən 62 qadın və 150 kişi cüdoçu iştirak edir.

Xəbər 249 dəfə oxundu.