Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayıb
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) ilk oyununu keçirib.

Portuqaliyanın Nazare şəhərində İtaliya yığması ilə qarşılaşan millimiz 3:7 hesabı ilə məğlub olub.

Komandamızın qollarını Kamil Hüseynov, Orxan Məmmədov və Emin Mehdiyev vurublar.

Millimiz seçmə mərhələdə növbəti oyununu iyulun 2-də Almaniya komandasına qarşı keçirəcək.

Xəbər 350 dəfə oxundu.