“Neftçi” braziliyalı futbolçusu ilə müqaviləni yeniləməyib
Bakının “Neftçi” futbol klubu hücumçusu Tiaqo Bezerra ilə yollarını ayırıb.

Braziliyalı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra “Neftçi”nin heyətində 25 oyuna çıxıb, 10 qola imza atıb.

Xəbər 240 dəfə oxundu.