“Mançester Siti” klubu alman qapıçı ilə heyətini gücləndirib
“Mançester Siti” klubu qapıçı Stefan Orteqanın transferini rəsmiləşdirib.

Bu barədə klubun saytı məlumat yayıb.

İyirmi doqquz yaşlı alman qolkiper ilə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, Orteqanın son klubu “Arminiya” olub. O, bu yay müqaviləsi başa çatığı üçün klubdan ayrılıb. Oyunçu geridə qalan mövsüm Bundesliqada 33 matça çıxıb.

Xəbər 241 dəfə oxundu.