“Rubin”inin ən yaxşı futbolçuları müəyyənləşib
Azərbaycan çempionu “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan Rusiya “Rubin”inin ən yaxşı futbolçuları müəyyənləşib. Azarkeşləri yayın ən yaxşı futbolçusunu seçiblər. Sorğu Kazan təmsilçisinin rəsmi saytındakı səsvermə nəticəsində gerçəkləşib.

Azarkeşlərin rəyinə əsasən ən yaxşı futbolçu adına komandanın yarımmüdafiəçisi Roman Yeryomenko layiq görülüb. 2-ci yeri isə DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqibi olan İsrail milli komandasının futbolçusu Bibers Natxo tutub.

Xəbər 837 dəfə oxundu.