“Atletiko Madrid” klubu Xorvatiya millisinin üzvü ilə yollarını ayırıb
“Atletiko Madrid” klubu müdafiəçisi Şime Vrsalko ilə yollarını ayırıb.

Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Otuz yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, Vrsalko 2016-cı ildən “Atletiko”da çıxış edirdi. Xorvatiya yığmasının da üzvü olan müdafiəçinin karyerasını Yunanıstanın “Olimpiakos” klubunda davam etdirməsi gözlənilir.

Xəbər 242 dəfə oxundu.