“Tottenhem” klubu Riçarlisonun transferini rəsmiləşdirib
“Tottenhem” klubu “Everton”un futbolçusu Riçarlisonun transferini rəsmiləşdirib.

Bu barədə klubun saytı məlumat yayıb. Lakin 25 yaşlı hücumçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Riçarlison geridə qalan mövsüm 30 matçda 10 qol vurub və 5 məhsuldar ötürmə edib. O, 2018-ci ildən “Everton”un formasını geyinirdi.

Xəbər 235 dəfə oxundu.