İddiaçılar turniri: Teymur Rəcəbov çinli şahmatçı ilə qarşılaşacaq
İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində 12-ci turun oyunları keçiriləcək.

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov növbəti turda çinli Liren Dinq ilə qarşılaşacaq.

Qeyd edək ki, T.Rəcəbov ötən turların nəticəsinə görə, 5 xalla 8 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.

Xəbər 229 dəfə oxundu.