“Zirə”nin rəqibi futbolçusunu icarəyə verib
Bakının “Zirə” klubunun UEFA Konfrans Liqasındakı rəqibi “Makkabi” (Təl-Əviv) yarımmüdafiəçisi Bara Koheni icarəyə verib.

21 yaşlı futbolçu qarşıdakı mövsümü Yerusəlimin “Beytar” komandasında keçirəcək.

Bu barədə Təl-Əviv klubunun rəsmi saytı məlumat yayıb.

Yarımmüdafiəçi ötən mövsümdə də “Hapoel” (Nof Haqalil) klubunda icarədə olub.

Xəbər 316 dəfə oxundu.