“Səbail” klubu argentinalı futbolçu ilə birillik müqavilə imzalayıb
Bakının “Səbail” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakı təmsilçisi argentinalı yarımmüdafiəçi Franko Mazureki transfer edib.

İyirmi doqquz yaşlı vingerlə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, son olaraq Kiprin “Etnikos” klubunda çıxış edən təcrübəli oyunçu ölkəsində “Boka Xuniors”, “Oll Boyz”, Bolqarıstanda “Levski” (Sofiya) komandalarının da formasını geyinib.

Xəbər 468 dəfə oxundu.