“Neftçi”nin rəqibi seneqallı futbolçu transfer edib
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi Kiprin “Aris” komandası növbəti transferini rəsmiləşdirib.

“Aris” Fransanın “Genqam” klubunun hücumameylli yarımmüdafiəçisi Yannik Qomisi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Seneqaldan olan 30 yaşlı futbolçu ilə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Futbolçu 2018-ci ildən “Genqam”da çıxış edib. O, daha əvvəl “Orleans” və “Lans” komandalarının da formasını geyinib. Seneqal yığmasında iki oyuna çıxmış futbolçu 1 qol vurub.

“Neftçi”nin “Aris”lə ilk oyunu iyulun 21-də Limassolda, cavab görüşü isə ayın 28-də Bakıda baş tutacaq.

Xəbər 345 dəfə oxundu.