Fransanın “Lill” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib
Fransanın “Lill” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Liqa 1 təmsilçisi Paulo Fonsekaya həvalə olunub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Portuqaliyalı mütəxəssislə ikiillik müqavilə imzalanıb.

Qırx doqquz yaşlı baş məşqçi bu postda bir müddət öncə istefaya göndərilmiş Joslen Qurvenneki əvəz edib. P.Fonsekanın sonuncu iş yeri isə İtaliyanın “Roma” komandası olub.

Xəbər 239 dəfə oxundu.