Beynəlxalq qrosmeyster Günay Məmmədzadə Polşada şahmat festivalında liderliyini davam etdirir
Polşada VII şahmat festivalı keçirilir.

Festivalın qadınlardan ibarət turnirində ölkəmizi beynəlxalq qrosmeyster Günay Məmmədzadə təmsil edir. Dairəvi sistem üzrə təşkil olunan yarışda şahmatçımızla yanaşı, Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), Irina Bulmaga (Rumuniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa, Joanna Majdan (Polşa) birincilik uğurunda mübarizə aparırlar.

Beş turdan sonra aktivində dörd xalı olan şahmatçımız turnir cədvəlində liderdir.

Qeyd edək ki, yarış iyulun 3-də başa çatacaq.

Xəbər 262 dəfə oxundu.