"Qarabağ" klubu Rumıniya komandası ilə yoxlama oyununda heç-heçə edib
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın "Qarabağ" futbol klubu sonuncu yoxlama oyununu keçirib.

Azərbaycan çempionu günün ikinci matçında Rumıniyanın "Universitatya Krayova" komandası ilə qarşılaşıb. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Filip Ozobiç fərqlənib.

Qeyd edək ki, "Qarabağ" günün ilk matçında Almaniyanın "Holştayn Kiel" komandası ilə görüşdə də heç-heçə edib - 2:2.

Xəbər 236 dəfə oxundu.