AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

O, Slovakiyada Bratislava “Slovan”ı ilə Gürcüstanın "Dinamo" (Batumi) komandası arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Görüş iyulun 6-da keçiriləcək.

Xəbər 493 dəfə oxundu.