“Zirə” klubu Rumıniyanın “Hermanştadt” komandasına məğlub olub
Türkiyədə təlim-məşq toplanışında olan “Zirə” futbol klubu ilk yoxlama oyununu keçirib.

Bakı təmsilçisi Rumıniya Birinci Liqasında çıxış edən “Hermanştadt”la qarşılaşıb. Matç komandamızın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. “Zirə”nin heyətində Hamidu Keyta fərqlənib.

Qeyd edək ki, “Zirə” Türkiyə toplanışı çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək.

Xəbər 353 dəfə oxundu.