Türkiyə millisinin futbolçusu Almaniya klubu ilə müqavilə imzalayıb
Türkiyənin “Başakşəhər” klubunun futbolçusu Ahmed Kutucu yenidən Almaniyada oynayacaq.

Türk hücumçu “Sandhauzen”lə anlaşıb. İkinci Bundesliqa təmsilçisi A.Kutucunun 2022/2023-cü il mövsümünü komandada icarə əsasında çıxış edəcəyini açıqlayıb.

Türkiyə millisinin üzvü olan 22 yaşlı futbolçu “Şalke”nin yetirməsidir. O, 2021-ci ildə “Herakles”də də çıxış edib.

Xəbər 216 dəfə oxundu.