“Qarabağ” - “Holştayn Kiel” oyunu heç-heçə ilə yekunlaşıb | |
Avstriyada təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” futbol klubu növbəti yoxlama oyununu keçirib. Ağdam təmsilçisi Almaniyanın “Holştayn Kiel” komandası ilə üz-üzə gəlib. “St. Ulrix” stadionunda keçirilən qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Qarabağ”ın heyətində Ramil Şeydayev dubl edib. Toplanışın və günün sonuncu matçında komandamızın rəqibi Rumıniyanın “Universitatya Krayova” klubu olacaq. “Yenbax” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. “Qarabağ” Avstriyadakı ilk yoxlama oyununda Rumıniyanın “Botoşani” komandasını 4 cavabsız qolla məğlub edib. |
|
Xəbər 386 dəfə oxundu. |
|
|