Beynəlxalq dərəcəli həndbol hakimimiz Ernest Ağakişi Avropa çempionatının oyunlarına təyinat alıb
Çimərlik həndbolu həvəskarlarını qarşıda maraqlı yarış gözləyir.

Söhbət növbəti Avropa çempionatından gedir.

İyulun 7-də start veriləcək qitə miqyaslı yarış Çexiyanın paytaxtı Praqada təşkil olunacaq.

Avropa çempionatına dəvət alan EHF nümayəndələri arasında təcrübəli həndbol hakimimiz Ernest Ağakişinin də adı var. Beynəlxalq dərəcəli referi nüfuzlu yarışda ölkəmizi təmsil edəcək.

Avropa çempionatının qalibi iyulun 10-da müəyyənləşəcək.

Xəbər 244 dəfə oxundu.