Dünya çempionatı: Qadın həndbolçulardan ibarət millimizin rəqibi müəyyənləşib
Qadın həndbolçular arasında 2023-cü ildə keçiriləcək dünya çempionatının birinci təsnifat mərhələsinin püşkü atılıb.

Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığmamız bu mərhələdə Portuqaliya seçməsi ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-3-də Bakıda, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, birinci təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq.

Doqquz cütün qalibi pley-offa yüksələcək.

Xəbər 433 dəfə oxundu.