"Liverpul"un hücumçusu Takumi Minamino "Monako"ya keçib | |
İngiltərənin "Liverpul" klubunun hücumçusu Takumi Minamino "Monako"ya keçib. Bu barədə Monako təmsilçisinin saytı məlumat yayıb. Yaponiyalı futbolçu ilə 2026-cı ilin iyun ayınadək müqavilə imzalanıb. 2020-ci ildən "Liverpul"da çıxış edən futbolçu İngiltərə Premyer Liqasının 2021-2022-ci il mövsümündə 11 oyunda meydana çıxıb və 3 qol vurub. Qeyd edək ki, "Monako" klubu ötən mövsümü Fransa Liqa 1-də dördüncü pillədə başa vurub. |
|
Xəbər 231 dəfə oxundu. |
|
|