Bakıda güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub
Bakı Su İdmanı Sarayının ərazisində keçirilən güc idman növləri üzrə Avrasiya çempionatına yekun vurulub.

Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparıb.

Çempionatın sonuncu günündə idmançılar strikt karl və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda güclərini sınayıblar.

Çempionatda ölkəmizi 100-dək idmançı təmsil edib.

Xəbər 299 dəfə oxundu.