"Cəbrayıl" klubu UEFA Region Kuboku yarışında mübarizəni dayandırıb
"Cəbrayıl" futbol komandası UEFA Region Kuboku yarışının ilkin seçmə mərhələnin ikinci qrupunda növbəti oyununu keçirib.

Baş məşqçi Cavid Hüseynovun komandası Belarusun "Kolos" klubu ilə üz-üzə gəlib.

Şamaxı şəhər stadionunda keçirilən qarşılaşma "Cəbrayıl"ın 2:6 hesablı məğlubiyyəti ilə bitib.

Komandamızın heyətində Məhəmməd Xəlilov və Rəşad Həmidov fərqləniblər.

Beləliklə, ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi turnirdə mübarizəni dayandırıb.

Xəbər 270 dəfə oxundu.