Marneulidəki “Şahmat klubu”nun yetirməsi daha bir uğura imza atıb
İyunun 25-26-da Tbilisidə Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə IV dərəcə üzrə yarışlar keçirilib.

Cempionatda Marneulidə yerləşən “Çay evi”ndəki “Şahmat klubu”nun yetirmələri də iştirak ediblər.

Klubun yetirməsi Tacir Allahverdiyev bu dəfə də yarışı qalibiyyətlə başa vurub. O, 7 xal toplayaraq birinci yerə çıxıb.

Qeyd edək ki, T.Allahverdiyev iyunun 18-19-da keçirilmiş yarışda da 6 xal toplayaraq birinciliyi qazanmışdı.

Beləliklə, klubun 6 üzvü III dərəcə üzrə yarışlarına vəsiqə qazanıb.

Məlumat üçün qeyd edək ki, klubun gənc şahmatçıları üçün yenidən V dərəcə üzrə yarışlar təşkil olunacaq. Yarışlar bu dəfə Marneulidə keçiriləcək.

“Çay evi”nin layihə rəhbəri Emin Əhmədov müsahibəsində deyib ki, Gürcüstan Şahmat Federasiyasının təşkilatçılığı ilə V dərəcə üzrə yeni yarışların Marneulidə keçirilməsi bizim üçün böyük önəm daşıyır. Bu, regionda idmanın inkişafına və gənclərimizin şahmata marağının artmasına səbəb olacaq.

Xəbər 299 dəfə oxundu.