Azərbaycan millisi Türkiyə yığmasına məğlub olub
Türkiyədə təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində Türkiyə yığması ilə yoldaşlıq oyunu keçirib.

Türkiyə Futbol Federasiyasının Rivadakı təlim-məşq mərkəzində keçirilmiş oyun 2:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Komandalar arasında növbəti oyun iyunun 28-də keçiriləcək.

Xəbər 311 dəfə oxundu.