Bakıda güc idman növləri üzrə Avrasiya çempionatı davam edir
Bakı Su İdmanı Sarayının ərazisində güc idman növləri üzrə Avrasiya çempionatı davam edir.

Gənclər və İdman Nazirliyi və Beynəlxalq Güc İdman Növləri Birliyinin dəstəyi, Azərbaycan Stronqmen Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə Azərbaycan, Türkiyə, İran, Latviya və Gürcüstandan 170-dək idmançı mübarizə aparır.

Çempionatın ikinci günündə idmançılar strikt karl və didlift hərəkətlərində müxtəlif çəki dərəcələri üzrə medallar uğrunda güclərini sınayırlar.

Bu gün yekun vurulacaq çempionatda ölkəmizi 100-dək idmançı təmsil edir.

Xəbər 231 dəfə oxundu.